Tez-Tez verilən suallar
Bizə verilən tez tez suallar.
Əziz izləyicilər ən çox verilən sualların cavabını ala bilərsiniz.
1) Xaricdə təhsil almaq üçün niyə məhz BMZ Colleges’i seçməliyəm?
- Çünki bizimlə tələbənin akademik və sosial göstəricilərini nəzərə almaqla ABŞ, Kanada, Böyük Britaniya və Avropa ölkərində istənilən qədər universitetə və proqrama müraciət edə bilərsiniz. Qəbula 100 % zəmanət verilir.
2) Ödənişsiz master təhsili hansı ölkələrdə və hansı göstəricilər ilə ala bilərəm?
- Almaniyada bütün dövlət universitetlərində (istisna Baden-Württemberg əyalətində 1500 avro/semestr üzrə təhsil haqqı) beynəlxalq tələbələr üçün təhsil ödənişsiz əsaslarla həyata keçirilir. Bunun üçün tələbə namizədin bakalavr akademik qiymət ortalaması minimum 75 olmalı, ingilis dilində tədris üçün ən azı 6.0 IELTS və ya 78 TOEFL və ya alman dilində tədris üçün min B2 səviyyədə dil sertifikatı olmalıdır.
3) Yalnız attestatla və min 5.5 IELTS ilə hansı avropa ölkələrində təhsil ala bilərəm?
- Sadəcə attestata və ingilis dili sertifikatına sahib tələbə namizədlər Macarıstan, Latviya və Polşa universitetlərində yüksək keyfiyyətli təhsil ala bilərlər.
4) Xaricde təhsil zamanı bloklanmış bank hesabı mütləqdirmi? Mütləqdirsə hesabda minimum nə qədər pul olmalıdır?
- Almaniya, Belçika və Skandinaviya ölkələrində təhsil almaq üçün tələbənin mütləq bloklanmış bank hesabı açmalı və pul yatırmalısınız. Almaniya blok hesab tələbi 11,400 avro, Belçika üzrə min 660 avro/aylıq məbləğ göstərilməlidir. Tam təqaüd qazandığınız təqdirdə zəruri blok hesaba ehtiyac qalmır.